"McDonald's" bu ölkədə açıq hava sərgisi təşkil edib | Banco.az

"McDonald's" bu ölkədə açıq hava sərgisi təşkil edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"McDonald's" şirkəti Kanadada açıq hava sərgisi təşkil edib.

Banco.az xəbər verir ki, "McDonald's"ın Kanada filialı ölkənin təsərrüfatını yaxşılaşdırmaq üçün yeni bir layihə həyata keçirib.

Belə ki, şirkət restoranın menyusundakı qidaların ərsəyə gəlməsini təmin edən 50 min fermer və ferma sahibinin əməyinin yüksək qiymətləndirmək məqsədilə şəhəri əl ilə çəkilmiş heyrətamiz divar rəsmləri ilə bəzəyib.

"Cossette" marketinq və kommunikasiya agentliyi ilə birgə yaradılan açıq hava kampaniyasında rəssam Cess Franksın əsərləri nümayiş olunub. Rəsm əsərləri fermerlərin Kalqari səmasının altında "McDonald's"ın simvolik qızıl tağlarının parıltısına doğru irəlilədiklərini göstərməklə klassik vestern filmlərinə istinad edir.

Ən sərfəli kredit üçün müraciət et

Kənd təsərrüfatı işçilərinin əvəzsiz töhfələrini qeyd edən kampaniyada əkinçiliyin simvolu olan atlı işçilər yer alır. Bununla belə, rəsmlərin əsas mərkəzində "McDonald's" simvolları var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et