McDonald's 2027-ci ilə qədər 10 min restoran açacaq | Banco.az

McDonald's 2027-ci ilə qədər 10 min restoran açacaq

Müəllif:Mehin Qasımova/Banco.az

McDonald's 2027-ci ilə qədər təxminən 10 min yeni restoran açmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Belə ki, McDonald's 2027-ci ilə qədər dünyada təxminən 10.000 yeni restoran açmağı və sadiqlik proqramından iki dəfədən çox gəlir əldə etməyi planlaşdırır. Şirkət 100-dən çox ölkədə restoranlarının sayını təxminən 50.000-ə çatdıracaq.Bütün dünyada şirkət tarixində ən sürətli böyümə dövrünü qeyd edəcək.

Bundan əlavə, McDonald's şirkətin 2027-ci ilə qədər sadiqlik proqramının istifadəçi bazasını 250 milyon müştəriyə çatdırmaq niyyətində olduğunu və bunun da illik satışlara nail olmağa imkan verəcəyini bildirib. 

Qeyd edək ki, "McDonald's Azərbaycan" şirkəti qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram