​MBNP: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə kompensasiya ödəniləcək | Banco.az

​MBNP: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə kompensasiya ödəniləcək

 Ali Məhkəmənin avqustun 11-də keçirilmiş iclasında "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin əleyhinə qərar qəbul edilsə də, bununla bağlı qətnaməni hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əldə etməyib. Bunu "Report" açıqlamasında Palata sədrinin müşaviri Rüfət Abbasov deyib.

Ən sərfəli kredit üçün müraciət et

O, bağlanmış banklardakı əmanətçilərə kompensasiya ödənilib-ödənilməyəcəyi ilə bağlı suala belə cavab verib: "Hələ ki, biz məhkəmənin qərarını əldə etməyə çalışırıq. Bununla belə, ilkin hazırlıq işləri aparmışıq. Qətnaməni aldıqdan sonra müvafiq tədibrlər görəcəyik, hər iki bankın əmanətçilərinə kompensasiya ödəniləcək. Bunun üçün kifayət qədər resurslar mövcuddur"