"Mastercard" koronavirusa görə gəlir proqnozunu endirib | Banco.az

"Mastercard" koronavirusa görə gəlir proqnozunu endirib

"Mastercard" korporasiyası epidemiya səbəbindən bu il planlaşdırdığı gəlir göstəricilərinə çata bilməyəcəyini bildirib.

Şirkətdən bildirilib ki, sürətlə yayılan xəstəlik xarici səyahətlərə, habelə transsərhəd elektron ticarətin artmasına mənfi təsir göstərir. Beləliklə, şirkət ötən il gəlir üzrə verdiyi proqnozlara yenidən baxmaq məcburiyyətində qalıb. Cari ilin I rübünün yekununda korporasiyanın gəliri 9-10% artacağı gözlənilir. Yanvarda bu proqnoz 2-3 faiz bəndi yüksək idi.

Ən sərfəli kredit üçün müraciət et

"Mastercard" koronavirusun yayılmasının növbəti rüblərin nəticələrinə necə təsir edəcəyini qiymətləndirən uzunmüddətli proqnozlardan hələ vaz keçir. Həmçinin, şirkət hələ də cari ilin nəticələrinə epidemiyanın mümkün təsirini qiymətləndirmək üzrə öhdəliyi də üzərinə götürməyib.

apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et