Payız aylarında MasterCard yeni proqramını sınaqdan keçirəcək: bu zaman online alış verişin təsdiqi istifadəçinin üz cizgilərinin skan edilməsi ilə həyata keçəcək. İnternet alış-verişin son tamamlayıcı mərhələsində istifadəçi smartfon vasitəsi ilə öz fotosunu çəkməli olacaq. MasterCard güman edir ki, bu şifrələri yadda saxlamaqdan daha asandır.
CNN Money məlumat verir ki, yeni innovativ alətin tətbiqi ilə ödəniş sistemi fırıldaqçılıq hallarının qarşısını alacaq: “Düşünürəm ki, selfi şəkilləri ilə yaşayan yeni nəsil bunu bəyənəcək. Onlar bu texnologiyaya tez alışacaq.” – MasterCard-ın təhlükəsizlik sahəsində innovativ həllər üzrə direktoru Adcay Bxala bildirib.
Hal-hazırda MasterCard önlayn ödənişlərin təhlükəsizliyini qorumaq üçün SecureCode adlı xüsusi texnologiyadan istifadə edir. Bu isə internetdə ödənişi təsdiq etmək üçün xüsusi kodun daxil edilməsini nəzərdə tutur. Kompaniyanın məlumatına görə bu texnologiya ötən il ərzində 3 milyard tranzaksiyada istifadə olunub və o, kartların fırıldaqçılar tərəfindən internetdə istifadəsinin qarşısını alır.