"Mastercard" Çində bank kartları ilə işləmək üçün lisenziya alıb | Banco.az

"Mastercard" Çində bank kartları ilə işləmək üçün lisenziya alıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Mastercard”ın Çində yuan depozitləri ilə debet və kredit kartı əməliyyatlarına başladığı bildirilib.

Banco.az xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın ödəniş sistemi şirkəti “Mastercard”ın Çində “NetsUnion” ilə tərəfdaşlığı rəsmi olaraq fəaliyyətə başlayıb.

Xatırladaq ki, şirkət 3 illik müraciət prosesindən sonra 2023-cü ilin noyabrında Çin Mərkəzi Bankı və Milli Maliyyə Tənzimləmə Administrasiyasından əməliyyat lisenziyası almışdı.

“Mastercard”a verilən lisenziya Çinin ödəniş sistemləri bazarının xarici rəqabətə açılması istiqamətində bir addım kimi qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, Çində bank və kart əməliyyatları dövlətə məxsus “UnionPay” şirkəti tərəfindən idarə olunur. Ölkədə “AliPay” və “WeChat Pay” onlayn ödəniş sistemlərindən də geniş istifadə edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et