"Maskaları çıxarın, təbəssümünüzü görmək istəyirik" | Banco.az

"Maskaları çıxarın, təbəssümünüzü görmək istəyirik"

Tamara Mustafayeva, Banco.az

İndoneziyanın bayraq daşıyıcısı Garuda Indonesia Hava yolu şirkəti ekipaj üzvləri üçün maska taxmaq zərurətini ləğv etməyə hazırlaşır. Səbəb isə sərnişinlərin personalın "gülən üzünü" görə bilməməsidir.

"Maskeyi çıkarın gülümsemenizi göremiyoruz"

Garuda Indonesia Hava yolu şirkəti sərnişinlərin davamlı şikayətlərindən sonra təyyarənin salonunda xidmət göstərməli olan personalın maska taxmaq zərurətini ləğv etməyə hazırlaşır. Sərnişinlər işçilərin "gülən üzünü" görə bilməmələrindən şikayətçidirlər və bu vəziyyətin "qonaqpərvərlik" anlayışına zidd olduğunu iddia edirlər.

Xatırladaq ki, pandemiya səbəbilə bütün aviareysləri dayandıran şirkət may ayının 7-dən etibarən uçuşlara yenidən başlamış, təbii olaraq ekipaj üzvlərindən tibbi maska və əlcək geyinmək tələb edilmişdi.

Plastik maskaya müraciət ediləcək

Şirkətin CEO-su Irfan Setiaputra məsələ ilə bağlı çoxlu sayda şikayət gəldiyini bildirərək plastik və şəffaf maskalardan istifadə etməklə problemi aradan qaldırmağa çalışacaqlarını vurğulayıb. 

"Bununla da təyyyardə insanlar arasındakı ünsiyyət qismən də olsa bərpa ediləcək və hər kəs özünü həm təhlükəsiz, həm də rahat hiss edəcək."

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, İndoneziya Nəqliyyat Nazirliyi təyyarə personalının uçuş əsnasında maska və əlcək geyinməsini zəruri hesab edir.

Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram