Mask:" "X" tanışlıq saytına, həmçinin rəqəmsal banka çevriləcək" | Banco.az

Mask:" "X" tanışlıq saytına, həmçinin rəqəmsal banka çevriləcək"

Müəllif:Mehin Qasımova/Banco.az

Amerikalı milyarder İlon Mask "X" sosial şəbəkəsini (Twitter) rəqəmsal banka və tanışlıq saytına çevirəcək.

Banco.az xəbər verir ki, bu barədə Mask korporativ iclasda çıxışı zamanı bildirib.

Mask qeyd edib ki,  "X" 2024-cü ildə “tam hüquqlu” tanışlıq saytına, həmçinin rəqəmsal banka çevriləcək.

İş adamı çıxışında  planının təfərrüatlarını açıqlamasa da, tanışlıq məsələsində bu funksiyanın mövcudluğunun tələbdən asılı olacağını bildirib. 

Nəşr qeyd edir ki, bu təşəbbüs Maskın daha çox pullu funksiyalar təqdim etmək planlarına uyğun gəlir, tanışlıq proqramlarının özündə isə adətən ödənişli abunə daxildir.

"X" hazırda ABŞ-ın hər bir ştatında bank və maliyyə xidmətləri göstərmək üçün lazımi lisenziyaları əldə etmək prosesindədir. Şirkətin hazırda doqquz ştatda belə lisenziyaları var.

Qeyd edək ki, Mask Twitter-i 2022-ci il oktyabrın 27-də 44 milyard dollara alıb. 24 iyulda Twitter-in adı dəyişdirilərək "X" adlandırılıb. Yeniliklər platformanın loqosuna da təsir edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram