Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və sahibkar İlon Mask Birləşmiş Ştatların federal xərclərini 2 trilyon dollar azaltmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, planı yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək İlon Mask və biznesmen Vivek Ramasvami həyata keçirəcək. Müəlliflər federal agentliklərin sayını azaltmaqla xərclərin azaldılmasına nail olunacağını iddia edirlər.
Bununla belə, nəşrə müsahibə verən ekspertlər bu təşəbbüsün uğuruna şübhə ilə yanaşıblar. Onlar sosial proqramlar üçün artan xərclər fonunda belə bir planın çətinliklərlə üzləşə biləcəyini qeyd ediblər.