Maşınlar satışa çıxarıldı – minimum qiymət 1900 AZN | Banco.az

Maşınlar satışa çıxarıldı – minimum qiymət 1900 AZN

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fevralın 21-də növbəti əmlak hərracı keçirəcək. Komitədən verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 3 avtomobil də satışa çıxarılacaq.

Onların istehsal tarixləri 1973, 2005 və 2006-cı illərə aiddir. Maşınların ilkin satış qiyməti 1 900 manatdan başlayır. Digər 2 maşın isə 5 000 və 32 000 manata satılır. Ən baha satış qiyməti isə "QAZ-13" avtomobilinə təyin edilib.  

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində  beh ödəməlidirlər.

Komitədən bildiriblər ki,  maşınlar indi Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və ƏMDK-nın  balansındadır. 

Qeyd edək ki, sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

21 fevral 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

 

Buraxılış ili

Start qiyməti

(manatla)

 

10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

UAZ-31519

2006

1900

190

2.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti

Mitsubishi L 200

2005

5000

500

3.

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi

QAZ-13

1973

32000

3200

Ən sərfəli kredit üçün müraciət et

 ©Fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et