"Martda neft hasilatımızı daha çox azaltmağı planlaşdırırıq" | Banco.az

"Martda neft hasilatımızı daha çox azaltmağı planlaşdırırıq"

Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Əl-Falih, ABŞ neft ehtiyatlarının artmasının əlavə təklif yaratdığını və bu təklif artıqlığını azaltmağın ölkəsinin əsas hədəfi olduğunu bildirib.

Neftə tələbin ilin ikinci yarısında artmağa başlamasının gözləndiyini qeyd edən Əl-Falih, bazarın "OPEC+"un hasilatın azaldılması qərarlarına cavab verdiyini söyləyib. 

Ən sərfəli kredit üçün müraciət et

Səudiyyəli nazir, bazarı öz başına buraxmağın dağıdıcı olacağını və volatilliyə səbəb olacağının qeyd edib.

Ə-Falih, Səudiyyə Ərəbistanının Mart ayında hasilatını daha çox azaltmağa getməyi planlaşdırdığını deyib.

Marja