Marketing Avtomatizasiyasının əhəmiyyəti nədir? | Banco.az

Marketing Avtomatizasiyasının əhəmiyyəti nədir?

2011-ci ildən, 2020-ci ilə qədər müştərilərin 85%-i heç bir insan əlaqəsi (vasitəsi) olmadan satışlarda iştirak edəcəyi proqnozu, 2018-ci il üçün də düzgün qəbul edilə bilər.

Elə bir dünyada yaşayırıq ki, riyaziyyat hər tərəfdədir. Hesablanıla bilən hər şey insanların dəyişdirmə və yaxşılaşdırma prinsipləriylə işləyir. Müştərilər artıq öz araşdırmalarını edə bilərlər və satış şərtlərini tamamilə yenidən müəyyənləşdirərək, öz şərtlərini təyin edə bilərlər. Statistik göstəriciləri nəzərə almayan əksər marketing mütəxəsisləri vəziyyətə hazırlıqsızdır. Rəqəmsallaşmaqda olan dünya, müştərilərlə əlaqəni də rəqəmsallaşdırır.

Ənənəvi Satış

Ənənəvi satış, müştərilərin və biznesin fərqində olmaqdan, müştəri maraqlarını qarşılamaqdan, müştərilərlə bağlı düzgün qərarların verilməsindən və qərara uyğun addımların atılmasından asılı idi desək, yanılmarıq. Müştərilər zənglərlə, satıcı təsiri ilə satış zəncirinə qoşula bilirdilər. Yeganə ünsiyyət nöqtəsindən perspektiv-innovativ metoda səmərəli keçid təmin edilmişdir. Satış təmsilçiləri artıq əvvəlki aktuallığını qorumur. Rəqəmsal marketing və Marketing avtomotizasiyası ənənəvi satış divarlarını uçurtmaq üzrədir. Son günlərdə, sosial media, onlayn müştəri şərhləri, müxtəlif bloglar və digər vasitələr inanılmaz asanlıqla kommunikasiyanı təmin edir.

Ən sərfəli kredit üçün müraciət et

Satış artıq sadəcə satış təmsilçilərinin işi deyil. Satış bütün şirkətin missiyasıdır. Sosial media bütün fərqlərin ortadan qalxdığı dünyadır. Hətta bəzi mütəxəsislər, sosial medianın məşhurluğunun səbəbini məhz bunda görür. 2016-cı ilin “Marketing Avtomatizasiya Trendləri Sorğusu”-nun nəticələrinə görə, respondentlərin 30%-i ənənəvi marketing satışlarını, marketing avtomotizasiyasının genişlənməsində maneə olaraq görür.

Bəs Marketing Avtomotizasiyası satış dövranını necə intensivləşdirə bilər?

Birincisi, bu vaxta qənaətdir. İkincisi, doğru mesajı doğru kütləyə çatdırmaqla prosesi effektivləşdirirsiniz. Marketing Avtomotizasiyası kütlənin harda, hansı qərarları verdiyini nəzərə aldığı üçün analitik işləmə mexanizminə malikdir. Məhz bu səbəbdən də, Analitik Marketing gündən günə əhəmiyyətini göz önünə qoyur.

Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et