Müəllif - Aida İsaq, Banco.az
“Meta” şirkətində son dövrlər həyata keçirilən ixtisarlar fonunda şirkətin rəhbəri Mark Zukerberqə qarşı inamsızlıq artıb.
Banco.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. Qeyd olunur ki, ixtisara düşən on minlərlə işçi və şirkətin perespektivli gələcəyinə dair yaranan qeyri-müəyyən vəziyyət bu kimi fikirlərin səsləndirilməsinə gətirib çıxarıb. Mark Zukerberqin işçi qüvvəsinin etibarını itirməsi fonunda şirkəti görünməmiş mənəvi böhrana apardığı bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!