Mark Zuckerbergin təhlükəsizliyinə sərf olunan məbləğ açıqlandı | Banco.az

Mark Zuckerbergin təhlükəsizliyinə sərf olunan məbləğ açıqlandı

Facebook Mark Zuckerberg'in təhlükəsizliyinə sərf etdiyi məbləği açıqladı. Facebook-un rəsmi məlumatına görə, şirkət 2018-ci ildə CEO-nun təhlükəsizliyi üçün 22,6 milyon dollar xərcləyib. Bu rəqəmin detalları belədir: 20 milyon dollar CEO və ailəsinin təhlükəsizliyinə, 2,6 milyon dollar isə özəl təyyarə ilə olan səyahətlərə sərf edilib.

Zuckerberg'in təhlükəsizliyinə sərf olunan məbləğ haqqında maraqlı bir məqam budur: 2017-ci ildə CEO-nun təhlükəsizlik və şəxsi təyyarəsi üçün 9 milyon dollar büdcədən söz edilirdi. 2018-ci ildə isə bu məbləğdə 100%-dən çox artım var. Digər tərəfdən, Facebook COO-su Sheryl Sandbergin təhlükəsizliyinə sərf olunan məbləğ də paylaşıldı. Bu məlumata görə Sandberg üçün keçən il 2,9 milyon təhlükəsizlik və 900 min dollar xüsusi təyyarə xərcləri sərf edildi. Sandberg'ın 2017-ci ilə aid təhlükəsizlik xərcləri isə 2,6 milyon dollar olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et