"Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur" | Banco.az

"Marjanın dəyişdirilməsinə ehtiyac yoxdur"

Azərbaycanda nağd valyutanın alqı-satqısı ilə bağlı 4%-lik marjanın dəyişdirilməsinə ehtiyac yoxdur.  Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu marja həm bazar iştirakçılarının möhtəkirlik məqsədi ilə valyuta alıb saxlamasının qarşısını alır: "Bankları isə əllərindəki valyutanı 4%-lik marjanı nəzərə alaraq satışa çıxarmağa stimullaşdırır".

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu ilin yanvarın 13-də valyuta mübadiləsi zamanı kommersiya banklarının tətbiq etdiyi marja 2%-dən 4%-dək artırılıb.

Mənbə : Report.az