Mario Draghi: "Risklər aşağı istiqamətə dönüb" | Banco.az

Mario Draghi: "Risklər aşağı istiqamətə dönüb"

Avropa Mərkəzi Bankının sədri (AMB) Mario Draghi, 2019-cu ilin ilk pul siyasəti iclasının ardından keçirdiyi mətbuat konfransında üfiqdəki risklərin istiqamətini aşağıya çevirdiyini bildirib.

Draghi, iqtisadi göstəricilərin gözləniləndən daha zəif olduğunu bildirərək, zəifliyin aşağı düşən ixrac tələbindən və sektorlardakı bir sıra səbəblərdən qaynaqlandığını bildirib.

Qeyri-müəyyənliyin inad etməsinin etimad üzərində təzyiq yaratdığını deyən AMB sədri, geosiyasi faktorlara işarə edib.

İnflyasiyanın AMB-nin hədəfinə doğru yaxınlaşacağına inandığını deyən Draghi, inflyasiyanın davam etdirilməsi üçün hələ də təşviqə ehtiyac olduğunu söyləyib.

AMB Sədri, bankın bütün alətlərini uyğun şəkildə tənzimləməyə hazır olduğunu sözlərinə əlavə edib.

Draghi, inflyasiyanın neft qiymətləri səbəbilə gələcək aylarda yavaşlayacağını qeyd edib və inflyasiyanın orta müddətdə artacağını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

AMB sədri Çin iqtisadiyyatında artımın yavaşlamasına, ABŞ-da təsirini itirən maliyyə təşviqinə diqqət çəkərək risklərin davam etməsi vəziyyətində trendin daha uzun bir müddət zəif qalacağını deyib.

Draghi böhrandan əvvəllə müqayisədə bankların daha güclü olduğunu vurğulayıb. Draghi, zəif inkişaf göstəricilərinə dair isə Avropa Mərkəzi Bankının durğunluq ehtimalını aşağı qiymətləndirdiyini söyləyib.

"Avropa Mərkəzi Bankının əlindəki alətlərin tükəndiyini" deməyin doğru olmadığını bildirən Draghi, "Avropa Mərkəzi Bankının dolu bir alətlər çantası var. Müxtəlif təcili vəziyyət planlarını və elementləri qiymətləndirəcəyik",- şərhini edib. 

Avropa Mərkəzi Bankı  (AMB) 2019-un ilk iclasında gözlənildiyi kimi, faiz nisbətlərində dəyişikliyə getməyib. Bank pul siyasəti faizini sıfırda, depozit faizini mənfi 0.40%-də və marginal maliyyələşmə faizini də 0.25%-də saxlayıb. AMB, ən azı yay ayına qədər faizlərin bu səviyyələrdə qalacağını təkrarlayıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et