Müasir dünyada hər gün baş verən yeniliklər heç də bizi təəccübləndirməsə də bəzən sadə bildiyimiz məlumatlar həqiqətən marağımıza səbəb olur. Belə olan halda biz də sizi belə məlumatlardan xəbərdar etmək niyyətindəyik.
Marketlərdə istifadə olunan alış-veriş arabalarının həcmi müştərilərin psixologiyasını nəzərə alaraq böyüdülmüşdü. Aparılan araşdırmalar göstərmişdir ki, alış-veriş arabalarının həcmini 2 dəfə artırmaq istehlakı 19% artırmış olur.
Dünyada ən çox satış edən telefon markası heç də iPhone deyil, Nokiadır. Beləki, 2013 model Nokia 1100 telefonu 250 milyon sataraq bu baxımdan rekorda imza atmışdır.
eBay-da rekord qiymətə alınan əşyalar kimi başqa daha maraqlı təkliflər də var. Bunlara misal olaraq Andre Ficherin reklam üçün alnını satışa çıxarmasını göstərmək olar. Nə qədər gülməli olsa da o, 37000 dollara öz alnında reklam yerləşdirməyə müştəri tapa bilmişdi.
Bundan əlavə Justin Bieberin süd içdiyi stəkan bir istifadəçi tərəfindən eBayda satılmışdır. Stəkanın qiyməti 65900 funt olub.
Tibbdə istifadə olunan Merostomama adlı canlının 1 litr qanı 25000 manat təşkil edir.
Nəcibə Yusifova, Banco.az