Müəllif: Tamara Mustafayeva, Banco.az
"Mango" veb saytında təqdim etdiyi məhsul vizuallarında süni intellekt texnologiyası ilə yaradılan rəqəmsal modellərə yer verməyə başlayıb.
Banco.az xəbər verir ki, bu yeni tətbiq sadəcə texniki bir yenilik deyil, eyni zamanda süni intellektin moda sektorunda necə görünən və ön planda istifadə oluna biləcəyinə dair diqqətçəkən bir inkişaf kimi dəyərləndirilir.
Süni intellekt əsaslı vizuallar istifadəçi təcrübəsi baxımından qiymətləndirildikdə, real modellərə olduqca bənzər nəticələr ortaya qoyur. İstifadəçilərin böyük bir hissəsi bu vizualların süni intellektlə yaradıldığını ilk baxışda fərq etmir. Fərq edən istifadəçilərin isə bu faktı önəmsəmədiyi, əsasən görüntünün estetik keyfiyyəti və məhsulu tanıtma qabiliyyətinə diqqət yetirdiyi müşahidə olunur.
İstifadəçilər üçün əsas prioritetlər hələ də dəyişməyib:
-
Məhsul düzgün və aydın şəkildə təqdim olunurmu?
-
Görüntü inam yaradırmı?
-
Alış qərarını asanlaşdırırmı?
“Mango”nun bu yeniliyi artıq sınaq mərhələsini keçərək birbaşa tətbiq mərhələsinə keçdiyi görünür. Bu isə süni intellektlə yaradılan vizualların moda sektorunda əsas tendensiyaya çevrilməyə başladığının göstəricisi kimi qiymətləndirilir.
“Mango” nun seçdiyi bu yanaşma brendlərə vizual məzmun istehsalında xərcləri azaltmaqla yanaşı, sürət və ardıcıllığı da artırmaq imkanı verir.
Bizi sosial şəbəkələrdən izləyin!!