Manatla bağlı suallarınıza cavab veririk | Banco.az

Manatla bağlı suallarınıza cavab veririk

Manatın dəyişməsi, bugünü, sabahı hələ də insanların aktual mövzularından  biri kimi qalmaqdadır. Banco.az portalı olaraq sizi narahat edən bir neçə  suala cavab tapmağa çalışdıq.  Bu barədə iqtisadçı-ekspert Vüqar Bayramovun fikirlərinə istinadən məlumat veririk. 

1. Milli valyutanın məzənnəsində 1 Dollar yaxın zamanlarda 1 manatdan aşağı düşə bilərmi?

- Manatın məzənnəsini Mərkəzi Bank inzibati yol ilə müəyyənləşdirdiyi üçün milli valyutanın kursunu valyuta bazarında baş verənlərə əsasən proqnozlaşdırmaq mümkün deyil. Bununla yanaşı, son trendləri nəzərə aldıqda, yaxın zamanlarda manatın dolları “qəpiklərlə satın alması” mümkünsüz görsənir. Eyni zamanda, manatın kəskin möhkəmlənməsi nəinki valyuta va dünya neft bazarındakı mövcud vəziyyət, hətta iqtisadi hədəflər baxımdan da məqbul hesab edilmir. Çünki möhkəm milli valyuta hər zaman qeyri-enerji ixracatını tormuzlayır. Bu baxımdan, Mərkəzi Bank hətta xarici faktorlar arzuolunan olduğu halda belə kəskin məzənnə möhkəmlənməsinə gedəcəyi gözlənilmir.

2. Ölkəmizdə yeni develvasiya ola bilərmi?

- Əvvəlla, bu ilin fevral ayından sonra yaxın zamanlarda yeni develvasiya olacağı və manatın kəskin ucuzlaşacağı ilə bağlı bir sıra xəbər portallarının maşet xəbərləri valyuta bazarına spukelyativ neqativ təsir göstərməklə yanaşı, vətəndaşlar arasında valyuta yığımları baxımdan süni ajotaj yaradırdı. Mövcud şərtlər daxilində Mərkəzi Bank çalışacaq ki, yaxın aylarda manatı kəskin yumşaltmasın. Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək. Bununla da, manatın məzənəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələliksə baş bankda xırda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaqları gözlənilir. Dünya neft bazarındakı mövcud tendensiyanı nəzər alsaq Mərkəzi Bank hələ bir müddət mövcud məzənnə sərhədləri daxilində məzənnəni müəyyənləşdirməyə çalışacaq.

Ən sərfəli kredit üçün müraciət et

4. Manatın dollara məzənnəsi hansı halda bərabərləşə bilər?

- Strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılıdır. Neftin dünya bazar qiymətinin hər barel üçün 80 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək. Bu halda artıq manatın dollara məzənnəsinin bərabərləşməsi mümkün olacaq. Praktik olaraq milli valyutamız ilə dolların kursunun bərabərləşməsi həm valyuta stabilliyi baxımdan, həm də qeyri-neft sektorunun ixrac potensialını qorumaq baxımdan mümkündür.