"Manatın ucuzlaşması üçün fundamental amil görmürük" - Elman Rüstəmov | Banco.az

"Manatın ucuzlaşması üçün fundamental amil görmürük" - Elman Rüstəmov

"Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental amil görmürük". 

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib. 

Onun sözlərinə görə, bir ildən çoxdur ki, mili valyutanın məzənnəsi sabitdir, əhali və real sektorda məzənnə dəyişikliyi gözləntiləri azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bunda başqa, E. Rüstəmov qeyd edib ki, Azərbaycanda kredit faizlərinin səviyyəsini təkcə uçot dərəcəsi müəyyən etmir: "Uçot dərəcəsi siqnal rolunu oynayır. Bu effektin iqtisadiyyata ötürüləciyini gözləyirik. Bütövlükdə maliyyə vasitəçiliyinin bərpası istiaqamətində problemlər var. Bu da təkcə pulun dəyəri ilə ölçülmür. Faizlərin azalmasını istəyiriksə bu ekosistemdə problemləri həll etməliyik".

Report.az