Manatın dövretmə sürəti son 9 ilin ən aşağı həddinə düşüb | Banco.az

Manatın dövretmə sürəti son 9 ilin ən aşağı həddinə düşüb

Cari il fevral ayının 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.

Bu barədə  Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib.

Bu göstərici 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə 0,28 bənd, 2023-ci ilin fevral ayının 1-nə nisbətən isə 0.82 bənd azalıb.

Qeyd edək ki, cari ilin yanvar ayında manatın dövretmə sürəti 2015-ci ilin fevral ayından etibarən ən aşağı həddə düşüb. Belə ki, 2015-ci ilin fevral ayında manatın dövretmə sürəti 3.14 bənd təşkil edib.

apa

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et