Manatın bugünki vəziyyəti | Banco.az

Manatın bugünki vəziyyəti

Azərbaycan Mərkəzi Bankının (AMB) martın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0496 manat səviyyəsində müəyyən edilib. Fevralın 27-də isə 1 dollar 1,0498 manat olub. Başqa sözlə, dollar manata nəzərən 0,0002 manat və ya 0,02% ucuzlaşıb. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.

Ən sərfəli kredit üçün müraciət et

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0038 manat və ya 0,32% ucuzlaşaraq 1,1733 manat olub. Qeyd edək ki, fevralın 27-də isə 1 avro 1,1771 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et