"Yaxın 2-3 gündə dollar almağa tələsməzdim, manat müəyyən revanş götürə bilər"
Bu fikirlər iqtisadçı ekspert Samir Eliyevə məxsusdur.
Ekspert fikirlərinin sadəcə bir ehtimal olduğunu da vurğulayıb.
İqtisadçı Samir Əliyev manatın ucuzlaşacağını və ilin sonuna doğru yumşaq da olsa ucuzlaşmaqda davam edəcəyini ehtimal edir.
Mütəxəssisin fikrincə, yenə də son sözü neft deyəcək: "Hökumətin 2 yolu var idi: ya kəskin, ya da yumşaq devalvasiya. Hökumət yumşaq ucuzlaşmanı seçdi. Ancaq bu gün məlum oldu ki, hökumət hər iki variantı seçib. Kəskin devalvasiya baş verdi və yumşaq devalvasiya davam edəcək. Yenə də son sözü neft deyəcək. Neft bahalaşsa, manatın sabitləşməsi ehtimalı olacaq"
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilib. 1 avronun rəsmi məzənnəsi 1.19 AZN, 1 ABŞ dollarının rəsmi məzənnəsi isə 1.05 AZN səviyyəsində müəyyən edilib.