Manat niyə bahalaşır və yenə ucuzlaşacaqmı? | Banco.az

Manat niyə bahalaşır və yenə ucuzlaşacaqmı?

Son günlər, daha dəqiq desək, fevral ayı başlayandan manatın ABŞ dolları qarşısında bahalaşması əksər vətəndaşlarda bu dəfə narahatlıq əvəzinə, təəccüb hissi yaradıb.

Belə ki, əks tendensiya zamanı hamı narahat idi ki, manat, görəsən, hara qədər ucuzlaşacaq. İndi də manatın dəyərinin bəzi günlər ərzində birdən-birə 2% civarından çox bahalaşması əksəriyyətdə sual yaradıb ki, bu, nədən baş verir? 

Halbuki, hər iki halda yanaşma əsla düzgün deyildir. Təəssüf ki, sözügedən məsələdə ictimaiyyәtin müəyyən bir qismini onların iqtisadi savadsızlığından istifadə edərək “çaşdıranlar” da var.

Sözüm bunda deyil.

Bəs, əslində vəziyyət necədir? Manatın dollara nəzərən məzənnəsi nədən gah ucuzlaşır, gah da bahalaşır? Bu, nə vaxta qədər belə davam edəcək? Belə şəraitdə əhali əslində, nə etməlidir? Başqa sözlə desəm, vətəndaşlar pullarını hansı valyutada saxlasalar yaxşıdır?

Ən sərfəli kredit üçün müraciət et

Manatın yanvar ayı ərzində nümayiş etdirdiyi ucuzlaşma prosesinin (sözügedən ayda manatın dollara qarşı dəyəri 8,23 % civarında ucuzlaşıb və Neft Fondundan verilən məlumata əsasən, isə yanvar ayı ərzində Mərkəzi Bank tərəfindən keçirilən hərraclarda 285 milyon dollar vəsait satılıb) fevralda səngiyəcəyi gözlənilən idi. 

Belə ki, keçən ilin də fevral ayını yada salsaq, ölkənin valyuta bazarında gərginliyin adıçəkilən ayda yaşandığının şahidi olarıq. 

Hərçənd, ondan bir il əvvəlki analoji ay isə, yəni 2015-ci ilin fevralın 21-i tarixi yaddaşlarda manatımızın ilk dəfə devalvasiyaya uğradığı ay olaraq qalmışdı. Ancaq, o zaman valyuta bazarımız inzibati yolla tənzimləndiyindən tendensiyanın hansı istiqamətə doğru meyil etdiyini müşahidə etmək mümkün deyildi. 

Pərviz Heydərdov

©Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et