Manat güclənir, dollar zəyifləyir, bazar canlanır! | Banco.az

Manat güclənir, dollar zəyifləyir, bazar canlanır!

ABŞ-ın Federal Ehtiyatlar Sistemi son iclasında açıqladığı müsbət qərarlar, dünyada dolların düşməsinə səbəb olmuşdur. Manat 21 dekabr 2015-ci ildən bu günədək ilk dəfə 1.52 manat olmuşdur. Sürətlə olmasada, amma cüzi nisbətdə dolların hər gün zəyifləməyinin şahidi olacayıq.

Sonrakı  aylarda isə (yayı və formula 1 nəzərə almaqla) istirahət üçün ölkəmizə gələn turistlərin sayı artacaq. Bu vəziyyət dolların bazardakı təklifini yüksəldəcək. Təklifin yüksəlməsi isə, manatın möhkəmlənməsinə təkan verəcək.

Bütün bu proseslər istehsala bir sözlə bütün iqtisadi nöqtələrə təsir edəcək. Manatın möhkəmlənməsi insanlarda manata qarşı inam yaradacaq və onlar dollardan imtina etməyə başlıyacaqlar. Əllərindəki vəsaiti yenidən manata çevirərək dövriyyəyə buraxacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

 Əsasəndə əmlak bazarında yenidən canlanma hiss olunacaq. Tikinti üçün yenidən lazımı materiallar alınacaq və s.

Canlanma bank sektorundada hiss olunacaq. Kredit ödənişlərində indiki vəziyyətə nisbətən ödənişlər çoxalacaq.

Bu proses uzun müddət davam edərsə müştəri bank arasında yaranmış olan gərgin münasibət aradan qalxacaq.

İqtisadçı ekspert- Arzu Qafarlı