Banco.az 2021-ci ilin aprel ayı üçün sərfəli şərtlərlə bir il müddətinə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb təqdim edir.
Mart ayı ilə müqayisədə iki bankda artım, iki bankda isə azalma müşahidə olunub. Müddətli əmanətlərin faizləri Unibankda 0,5% (əmanət faizlərinin yalnız aylıq hesablandıqda) , Azər Türk Bankda isə 1,5% azalıb. Artım isə AccessBankda 1,5%, Ziraat Bankda 3% olub.
Bankların bir il müddətinə manatla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda təqdim etdiyi illik faiz dərəcələri ilə isə cədvəldən tanış ola bilərsiniz.
Qeyd edək ki, banklarda fiziki şəxslərin milli valyuta ilə qoyduğu əmanətlər illik faiz dərəcəsi 12%-i keçmədiyi halda 5 apreldən etibarən 100 min manatadək qorunur.
Həmçinin bax: Dollar əmanəti hansı banklarda daha sərfəlidir? - Aprel 2021
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!