Dollar manata nisbətdə yenə artıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 2-də manatın dollara nisbətən rəsmi məzənnəsini iyulun 1-də qeydə alınmış 1,0485 manat/$1 səviyyəsinə qarşı 1,0489 manat/$1 səviyyəsində müəyyən edib. Bunu Mərkəzi Bankın bugünə olan valyuta məzənnələrinə nəzər yetirdikdə aydın görmək olar.
Beləliklə, manat dollara nisbətən 0,0381% ucuzlaşıb.