“Manat barədə proqnoz vermək çətindir” | Banco.az

“Manat barədə proqnoz vermək çətindir”

“Manatın xarici valyutalara nisbətdə dəyərinin artıb-azalması barədə əvvəlcədən proqnoz vermək kifayət qədər çətindir” -“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev 

Banco.az “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin Biznesinfo.az saytına müsahibəsinə istinadən xəbər verir ki, manatın xarici valyutalara nisbətdə dəyərinin artıb-azalması barədə əvvəlcədən proqnoz vermək kifayət qədər çətindir.

Ən sərfəli kredit üçün müraciət et

Rövşən müəllim söyləyir ki, buna təsir edən bir çox makroiqtisadi və qlobal faktorlar var:

"Hazırki müşahidələr göstərir ki, vəsaitlərini evdə saxlamağa üstünlük verən müştərilərin bir çoxu güvəndiyi banklara təkrar əmanətlər yerləşdirirlər. Və bu, təbii haldır. Bildiyimiz kimi, bank sektoru iqtisadiyyatın döyünən ürəyidir. Əhalinin banklarla qarşılıqlı əməkdaşlığı isə iqtisadiyyatın inkişafının təməl prinsiplərindən biridir".