Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 1 | Banco.az

Maliyyəçilər üçün maliyyə uçotunun izahı: DƏRS 1

Sizi hər dəfə yeni rubrikalarla sevindirən Banco.az komandası bu dəfə də sizlər üçün həftəlik yeni bir rubrika üzrə yazır. Məqaləmiz bazarda ən çox tələb olunan maliyyə uçotu üzrə suallar və onların izahlarından ibarətdir. Bu rubrikamız  Financial Accounting beynəlxalq sertifikatı almaq istəyənlər üçün köməkçi olacaq.  İlk dərsimiz ilkin anlayışlar üzrə birinci fəsildəki terminləri və onların izahını əhatə edir. 

1) Sual: Maliyyə hesabatlarının hazırlanması nədən ibarətdir?

Cavab: Maliyyə hesabatlarının hazırlanması maliyyə məlumatlarının yazılması, təhlili və ümumiləşdirilməsindən ibarətdir.

2) Sual: Hansı müəssisələr maliyyə hesabatlarını hazırlaya bilərlər?

Cavab: Həcmindən və strukturundan asılı olmayaraq bütün şirkətlər maliyyə hesabatlarını hazırlayırlar.

3) Sual: Kommersiya müəssisələrinin fəaliyyət məqsədi nədir?

Cavab: Həcmindən və strukturundan asılı olmayaraq, bütün kommersiya müəssisələri mənfəət əldə etmək üçün fəaliyyət göstərir.

4) Sual: Mənfəət  nədir?

Cavab: Mənfəət gəlirin xərcdən artıq olan hissəsidir, xərc gəlirdən çox olduqda müəssisə zərərlə fəaliyyət göstərir.

5) Kommersiya müəssisələrin hansı növü var?

Cavab:

- Fərdi Ticarətçilər - Özləri üçün işləyir

- Ortaqlıqlar - İki və daha çox insanın bizneslə məşğul olmasıdır.

- Məhdud Məsuliyyətli Müəssisələr - Müəssisəni səhmdarlar yaradır, onlar isə ödədikləri məbləğə görə cavabdehdir.

6) MMC-lərin üstünlükləri nədir?

Cavab:

  • Az riskli olurlar
  • Pul vəsaiti cəlb etmək asan olur
  • Öz səhmdarlarından ayrı hüquqi şəxsdir.
  • Vergi üstünlüyü mövcuddur.

7) Bəs MMC-lərin mənfi tərəfləri?

Ən sərfəli kredit üçün müraciət et

Cavab: 

- Maliyyə hesabatlarını nəşr etməlidirlər (Açıq səhmdar cəmiyyətlər)

- Maliyyə hesabatları mühasibat qaydalarına uyğun olmalıdır.

- Səhmlərin dövriyyəyə buraxılması qanunvericiliklə tənzimlənir.

8) Uçot dedikdə nə nəzərdə tutulur?

Cavab:

- Maliyyə uçotu

- İdarəetmə uçotu

9) İdarəetmə uçotu nədir?

Cavab: İdarəetmə uçotu rəhbərliyi zəruri məlumatlarla təmin etmək məqsədi ilə ilkin məlumatları təhlil edən idarəetmə-informasiya sistemidir.

10) Maliyyə hesabatlarının və uçot məlumatlarının istifadəçiləri kimdir?

Cavab:

- Şirkət rəhbərləri

- Şirkətin səhmdarları

- Ticarət əlaqələri iştirakçıları

- Şirkəti maliyyə vəsaiti ilə təmin edənlər

- Vergi orqanları

- Şirkət əməkdaşları

- Maliyyə məsləhətçiləti və analitikləri

- Hökumət orqanları

- İctimaiyyət

Xəzər Aslanov. Banco.az