Maliyyə Nazirliyinin kollegiya üzvlərindən biri dəyişdirilib | Banco.az

Maliyyə Nazirliyinin kollegiya üzvlərindən biri dəyişdirilib

Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarına dəyişiklik edilib.

Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, kollegiyanın tərkibində yer alan İsgəndərov Xalid Səməd oğlu Məmmədov Səbuhi Hidayət oğlu ilə əvəzlənib.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Mənbə: Report.az