Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105032947 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

        Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 88.6082 (11%) manat və 98.1302 (5.5%) manat olan 23 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.2121 (6%) manat, orta ölçülmüş qiyməti isə 97.2974 (5.9533%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 138,054,000 manat, yerləşdirilmiş həcmi isə 45,000,000 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 23 noyabr 2022-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 19 noyabr 2024-cü ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

22 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0104001976 ISIN-li, 100 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

         Hərrac zamanı 16 investor tərəfindən qiymət intervalı 90.9544 (9.9999%) manat və 96.0822 (4.1%) manat olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.3533 (4.8999%) manat, orta ölçülmüş qiyməti isə 95.9490 (4.2452%) manat olaraq müəyyən edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 436,032,500.00 manat, yerləşdirilmiş həcmi isə 93,453,200.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 21.11.2023-cü ildir.

Hərrac iştirakçıları 23 noyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram