Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi

10 dekabr2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105023755

Emissiya həcmi

10 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

728 gün

Faiz ödənişləri (olduqda)

09 iyun 2020-ci il, 08 dekabr 2020-ci il, 08iyun2021-ci il, 07dekabr 2021-ci il

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

07.12.2021

Anderrayter

Paşa Kapital İŞ

 QSC

Ən sərfəli kredit üçün müraciət et

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

 

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç