Maliyyə Nazirliyində yeni təyinat | Banco.az

Maliyyə Nazirliyində yeni təyinat

 Maliyyə Nazirliyinin (MN) ləğv edilmiş Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilova yeni vəzifə verilib.

 O, Nazirliyin vergi siyasəti və gəlirlər şöbəsinin müdir müavini təyin edilib.

Xatırladaq ki, DSNX-nin rəisi Namiq Xəlilov da Nazirlikdə işlə təmin olunub. Hazırda o, nazirin müşaviri vəzifəsində çalışır.

Ən sərfəli kredit üçün müraciət et

DSNX-nin işsiz qalmış digər 14 əməkdaşının isə MN-in müxtəlif şöbələrinə yerləşdirilməsinə başlandığı bildirilir.

Xatırladaq ki, MN sığorta bazarı ilə bağlı səlahiyyətlərini bu ilin əvvəlində itirib. Prezident İlham Əliyevin fevralın 3-də imzaladığı fərmanla Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və ləğv edilən DSNX-nin səlahiyyətləri yeni quruma verilib.

Mənbə : report.az

Ən sərfəli krediti almaq üçün müraciət et