Maliyyə Nazirliyi istiqrazlarına olan tələbin 55%-ni ödəyə bilməyib | Banco.az

Maliyyə Nazirliyi istiqrazlarına olan tələbin 55%-ni ödəyə bilməyib

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105003559 ISIN kodlu, 728 gün tədavül müddətli, 35 mln. manatlıq ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 4 investor 9 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 738 400 manat təşkil edib.

Sifarişlər 92,6873 manat (19,5936%) – 100,0964 manat (14,9424%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100 manat (15%), orta ölçülmüş qiyməti 100,0065 manat (14,9961%) təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 14 998 700 manat (tələbin təxminən 45%-i qədər) təşkil edib.

İstiqrazların ödəmə tarixi 9 aprel 2019-cu ildir. 

(c) Report

Ən sərfəli krediti almaq üçün müraciət et