Maliyyə Nazirliyi 5 mln həcində istiqraz yerləşdirib | Banco.az

Maliyyə Nazirliyi 5 mln həcində istiqraz yerləşdirib

29 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105007550 ISIN-li, 5 mln. manat həcmində, 728 gün tədavül müddətli, illik 15% olan dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Banco.az xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 80.0658 AZN (28.7946%) və 107.0103 AZN (11.0000%) olan 13 sifariş təqdim edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.5568 AZN (11.8000%), orta ölçülmüş qiyməti 106.3283 AZN (11.3735%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 21,547,200.00, yerləşdirilmiş həcmi isə 5 mln manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi – 27 avqust 2019-cu  il.

Hərrac iştirakçıları 30 avqust 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et