Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib | Banco.az

Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014540 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 11 investor 21 sifariş təqdim edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 50 878 900 manat olub. Sifarişlər 85,6475 manat (16,8499%) – 89,3382 manat (11.9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87,7784 manat (13,9999%), orta ölçülmüş qiyməti 88,236 manat (13,4058%) təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 19 iyun 2018-ci ildir.

Bu gün BFB-də həmçinin Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102013544 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 9 investor 17 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 29 955 800 manat olub. Sifarişlər 92,2253 manat (16,9999%) – 94,39870 manat (16,9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94,3099 manat (12,1668%), orta ölçülmüş qiyməti 94,3574 manat (12,0591%) təşkil edib. 

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 19 dekabr 2017-ci ildir.

Ən sərfəli krediti almaq üçün müraciət et