Maliyyə Nazirliyi 25 milyon manat cəlb edəcək | Banco.az

Maliyyə Nazirliyi 25 milyon manat cəlb edəcək

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

30 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105014754

Emissiya həcmi

25 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

728  gün

Faiz ödənişləri (olduqda)

28yanvar 2020-cu il, 28 iyul 2020-ci il, 26yanvar 2021-ci il, 27 iyul 2021-ci il

Faiz gəliri

8 %

Ödəmə tarixi

27.07.2021

Anderrayter

Paşa Kapital İŞ

 QSC

Ən sərfəli kredit üçün müraciət et

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Ən sərfəli krediti almaq üçün müraciət et