Maliyyə Nazirliyi 2015-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin göstəricilərini açıqlayıb.
Gələn il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 35,5% həcmində olmaqla nominal ifadədə 19 milyard 438 milyon manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 35,3%-i təşkil etməklə21 milyard 100 milyon manat proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirləri 2014-cü ilin proqnozu ilə müqayisədə 1 milyard 54 milyon manat və ya 5,7% artıqdır. Büdcə xərcləri isə bu ilin proqnozları ilə müqayisədə 1 milyard 37 milyon manat və yaxud 5,2% artıqdır.
Büdcənin gəlirlər hissəsinin yarıdan çoxu Dövlət Neft Fondunun (ARDNF) hesabına təmin ediləcək. Gələn il ARDNF-dan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Atvxeber.az