Maliyyə bazarlarını əhatə edən 10 maraqlı bazar termini! | Banco.az

Maliyyə bazarlarını əhatə edən 10 maraqlı bazar termini!

İndiyə qədər çox maliyyə sahəsinə aid müsahibələrdə olmuşam, ona görə də bu  gün bank müsahibələrində məndən ən çox soruşulan  terminləri sizlər üçün topladım. Banco.az komandasının köməyi ilə maliyyə bazarlarına aid bir-birindən maraqlı 10 termini sizlərə çatdırıram. Xatırladım ki, maliyyə bazarları, maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.

1) AdmonisiyaBorc alan tərəfindən götürülən borc məbləğinin ödəniləcəyi barədə borc verən (kreditor) tərəfə təqdim edilən yazılı öhdəlik.

2) Blank-Vauçer - Hər hansı kommersiya əməliyyatı haqqında ümumi məlumatların əks olunduğu blank. Əsas etibarilə blank-vauçerdə əməliyyatın obyekti, tarixi, iştirakçıları, məbləği və digər əsas göstəricilər yer alır

3) Çarpaz məzənnə - İki ölkənin valyutasının üçüncü bir valyutaya (adətən, ABŞ dollarına) nəzərən hesablanmış mübadilə məzənnələrinin nisbəti əsasında hesablanan mübadilə məzənnəsi. Məsələn:

1 USD = 1.70 AZN

1 USD = 6.05 TL  olarsa. çarpaz məzənnəyə görə: 1.70 AZN = 6.05TL

4) Free on Board (FOB) - Satıcının əmtəənin gəmiyə yüklən məsinə qədər bütün xərclərini ödəməli olduğunu ifadə edən ticarət termini. Əmtəələrin dəniz ticarətində istifadə olunur. Gəmiyə çatdırıldıqdan sonrakı bütün risklər alıcıya aiddir

Ən sərfəli kredit üçün müraciət et

5) Hedcing - Riskin minimallaşdırılmasına yönəldilmiş tədbir və ya ticarət strategiyası. Hedcinq bir bazarda olan ticarət mövqeyindəki qiymət dəyişməsinə qarşı sığortalanmaq məqsədilə digər bazarda əks mövqeyin açılmasıdır

6) Kapitalın orta çəkili dəyəri - Şirkətin kapital cəlb etməsi üçün bura xacağı qiymətli kağızların sahib lərinə ödəməli olduğu orta çəkili faiz dərəcəsi

7) İntersessiya - Bu və ya digər maliyyə-borc münasibətlərində hər hansı tərəfin borc öhdəliklərini qismən, yaxud tam öz üzərinə götürməsi. 

8) Kotirovka - Birjada faktiki vəziyyətdən asılı olaraq, qanunvericilik normaları da xilində məhsul, xidmət, qiymət li kağızlar və valyutaların qiymətlərinin/məzənnələrinin mü əyyən edilməsi. Məsələn, səhmin bazar qiymətinin müəyyən edilməsi üçün fond birjasında satıcı və alıcıların qiymət təkliflərinin qarşılaşdırılması səhmin kotirovkası adlanır. 

9) Konosament - Sahibinə yüklənmiş mallar üzərin də mülkiyyət hüququ verən qiymətli kağız. Dəniz nəqliyyatı üzrə yük da şı malarda konosament gəmi ka pitanı, onun köməkçisi və ya gəmi yükdaşımaları üzrə şirkət tərəfindən imzalanır və malların nəql olunmaq məqsədilə qəbul edildiyini, təyinat yerinə çatdırılacağını, eləcədə yükdaşıma üzrə digər şərtləri təsdiq edir. 

10) Mənfi qudvil - Şirkətin satış dəyəri ilə onun xalis aktivlərinin balans dəyəri arasında yaranan mənfi fərq.

Ən sərfəli krediti almaq üçün müraciət et