İndiyə qədər çox maliyyə sahəsinə aid müsahibələrdə olmuşam, ona görə də bu gün bank müsahibələrində məndən ən çox soruşulan terminləri sizlər üçün topladım. Banco.az komandasının köməyi ilə maliyyə bazarlarına aid bir-birindən maraqlı 7 termini sizlərə çatdırıram. Xatırladım ki, maliyyə bazarları, maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.
1) Senyoraj - Dövlətin pul çap etməsindən əldə etdiyi gəlir. Bu gəlir pulun nominal dəyəri ilə onun çap edilməsi üçün sərf olunan vəsait arasındakı fərq ilə ifadə olunur.
2) Pay qiymətli kağızı - Şirkətin xüsusi kapitalına pay qo yu luşunu təsdiq edən qiy mətli kağız.
3) Oversold - Bazara qısa zaman ərzində böyük həcmdə məhsulun, aktivin daxil olması, dolması nəticəsində qiymətin ciddi şəkildə düşməsi vəziyyəti. Bu ifadə daha çox qiymətli kağızlar bazarında işlə dilir.
4) Market - meyker - Ticarətə buraxılmış qiymətli ka ğızların likvidliyinin artırılması öh də liklərini üzərinə götürmüş dilerdir.
5) Maxinasiya - Qanunsuz iqtisadi fəaliyyət, maliy yə fırıldaqçılığı.
6) Kupon - İstiqraz üzrə ödənilən faiz. İs tiqra zın nominalının faizi formasında ifa də olunur. Məsələn, nominal dəyəri 1000 ma nat, illik kupon faizi 5% olan istiq raz ildə 50 manat gəlir gətirir.
7) İnertersessiya - Bu və ya digər maliyyə-borc münasibətlərində hər hansı tərəfin borc öhdəliklərini qismən, yaxud tam öz üzərinə götürülməsi