Maliyyə Bazarlarına Nəzarət Palatası necə fəaliyyət göstərir? | Banco.az

Maliyyə Bazarlarına Nəzarət Palatası necə fəaliyyət göstərir?

2016-cı ilin fevralında yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması imkanı verən ilk publik hüquqi şəxs statuslu qurumdur.

Bəs publik hüquqi şəxs nədir?

Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və ya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. (Publik Hüquqi Şəxs haqqında qanun, Maddə 2)

Bu məqaləmizdə kredit təşkilatların, sığorta şirkətlərinin maliyyə göstəricilərini açıqlayan qurumun öz maliyyə göstəricilərindən bəhs edəcəyik.

10.6 milyon manatlıq aktiv ilə fəaliyyətə başayan bu qurumun aktivi artıq 2018-ci ildə 2 dəfə artaraq 21 milyon manat olub. Ümumilikdə aktivlərin artmasına bamayaraq, uzunmüddətli aktivlər ilbəil azalmışdır. Yarandığı vaxtda bu növ aktivləri 7.3 milyon manat idisə, artıq 2018-ci ildə 4 dəfə azalaraq 1.7 milyon manat olmuşdur. Ümumi aktivlərin artımı isə cari aktivlər hesabına, xüsusilə də Kredit təşkilatlarından alınacaq məbləğlər hesabına artmışdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bu illər ərzində kreditor borcları və digər öhdəliklər 1.2 milyon manatı aşmamışdır.

Nizamnamə kapitalı 5 milyon manat olan Palatanın kapitalı da aktivləri qədər artaraq 20 milyon olub. Fəaliyyətə başladığı ili zərərlə başa vursa da, artıq növbəti ildən mənfəət əldə etməyə başlayıb. 2018-ci ildə artıq 10.4 milyon manat mənfəət əldə edib. Əməliyyat xərcləri 2016-cı ildən 2017-ci ilə 2 dəfə artsa da, növbəti ildə artıq stabilləşmişdir. 2018-ci ildə bu xərc 10 milyon manat olub. 

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et