Terminlər rubrikamız davam edir, indi isə maliyyə bazarlarına aid bir-birindən maraqlı 10 termini sizlərə çatdırırıq. Xatırladaq ki, maliyyə bazarları maliyyə sahəsinin ən gəlirli və rahat sahəsidir. Ona görə də nə qədər bu sahədə çox bilgi, o qədər iş imkanı deməkdir.
1) Açıq bazar əməliyyatları (Open market operations)
Tədavüldə olan pul və kredit kütləsini tənzimləmək məqsədilə daxili pul bazarında dövlət qiymətli ka ğızlarının alqı və satqısı vasitəsilə maliyyə bazarlarına Mərkəzi Bankın müdaxiləsi.
2) Adlı Veksel (Inscribed bill)
Üzərində sahibinin adı qeyd olunmuş veksel. Bu veksel üzrə əməliyyatlar sahibinin tanınmasını tələb etdiyindən onu başqa bir şəxsə ötürmək olmur.
3) Banko (Banko)
Bank tərəfindən alqı-satqısı həyata keçirilən qiymətli kağızların alış və ya satış kursu.
4) “Baket-şop” (Köşk)
Qeyri-qanuni və ya lisenziyasız fəaliyyət göstərən və fond birjasının üzvü olmayan broker firması.
5) Bazar kapitalizasiyası (Market capitalization)
Bazar kapitallaşması şirkətin bütöv bazar dəyərini ifadə edir və şirkət tərəfindən buraxılmış səhm lərin cari bazar qiyməti ilə də yərlərinin cəminə bərabərdir. Şirkətin kapitallaşması şirkətin bütün səhmlərinin sayının bir səhmin bazar qiymətinə vurulması yolu ilə hesablanır.
6) Defolt (Default)
Borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilə bilin mə məsi.
7) Derivativlər (Derivatives)
Baza aktivindən (qiymətli kağız, əmtəə və s.) törəyən və ya baza aktivinin qiymətinə bağlı olan qiymətli kağızlar. Əsasən hedcinq və spekulyasiya məqsədilə istifadə olunur. Adətən yüksək leverecə malikdir və nəticədə baza aktivinin qiymətinin azacıq dəyişməsi derivativ alətin qiymətində böyük dəyişikliklərə səbəb ola bilər. Əsas növləri fyuçerslər, forvardlar, opsionlar, svoplardır.
8) Diler (Dealer)
1) Birjada vasitəçilik funksiyasını həyata keçirən, o cümlədən şəxsi maliyyə vəsaitlərindən istifadə etməklə qiymətli kağızların, valyutaların, eləcə də digər qiymətlilərin öz adından və öz hesabına alqı-satqısını həyata keçirən peşəkar iştirakçı;
2) Öz adından və öz hesabına məhsul istehsalçısından topdansatış formasında məhsul əldə edən və onu pərakəndə formada reallaşdıran kommersiya subyekti, hüquqi və ya fiziki şəxs.
9) Diversifikasiya (Diversification)
Portfelin ümumi riskini azaltmaq məqsədilə investisiyanı fərqli tipli qiymətli kağızlar və müxtəlif sahələrdə olan şirkətlər arasında yaymaq strategiyası.
10) Dönərli istiqraz (Convertible bond)
Şirkətin göstərilən müddət ərzində əvvəlcədən müəyyən olunmuş sayda səhminə dəyişdiriləbilən istiqraz. Bu tip istiqrazın dəyəri ekvivalent adi istiqrazın dəyərindən yüksək olur. Səhmin qiyməti müəyyən səviyyədən yuxarı qalxdıqda investor istiqrazı konvertasiya etmək də maraqlı olur.
Xəzər Aslanov. Banco.az
Mənbə: Maliyyə bazarları terminlərinin izahlı lüğəti