Malayziya BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq istəyir | Banco.az

Malayziya BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Malayziya tərəfdaş ölkə kimi BRİKS-ə qoşulmaq istəyir.

Banco.az xəbər verir ki, Malayziyanın Baş naziri Ənvər İbrahim ölkəsinin BRİKS-ə üzv ölkələrlə inkişaf etdirdiyi əlaqələr sayəsində “tərəfdaş ölkə” kimi bu qrupa üzv ola biləcəyini bəyan edib.

Malayziya milli mətbuatında çıxan xəbərlərə görə, Baş nazir Malayziya parlamentində (Dewan Rakyat) ölkəsinin BRİKS-də iştirakı ilə bağlı açıqlamalar verib.

BRİKS-ə “tərəfdaş ölkə” kimi üzv ola biləcəklərini açıqlayan Ənvər müraciət prosesinin vaxt apara biləcəyini bildirib.

BRİKS-ə qoşulmağın Malayziyanın xarici siyasəti ilə ziddiyyət təşkil etmədiyinə diqqət çəkən Ənvər bunun ölkənin ticarət və ixracatını artıracağını, iqtisadi dayanıqlığını gücləndirəcəyini vurğulayıb.

Artıq iqtisadi gücün təkcə ABŞ-ın əlində olmadığını dilə gətirən Baz nazir Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) BRİKS-də iştirakı ilə qrupun ümumi əhalisinin 3 milyard 540 milyon nəfərə çatdığına diqqət çəkib ki, bu da dünya əhalisinin 45 faizini təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

O, BRİKS-in dünyanın iqtisadi gücü ola biləcəyini və bunun uzunmüddətli perspektivdə Malayziyanın iqtisadi artımına töhfə verəcəyini də vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram