Makronun 40 min avro dəyərində heykəli oğurlandı | Banco.az

Makronun 40 min avro dəyərində heykəli oğurlandı

Müəllif:Mehin Qasımova,Banco.az

Fransanın paytaxtı Parisdə mum muzeyindən prezident Emmanuel Makronun heykəli oğurlanıb.

Banco.az xəbər verir ki,  Fransa mətbuatının verdiyi məlumata görə, oğurluq Parisin 9-cu səmtindəki məşhur şəxslərin mum heykəllərinin sərgiləndiyi Qrevin Muzeyində baş verib.
Belə ki, iki qadın və bir kişi səhər saatlarında muzeyə daxil olaraq Makronun heykəlini oğurlayıblar. Şübhəlilər heykəli vərəqə bükərək muzeyin təcili çıxışından çıxarıblar.

Onun 40 min avro dəyərində olduğu düşünülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram