Makedoniyalı İsgəndər-dən həyat dərsi | Banco.az

Makedoniyalı İsgəndər-dən həyat dərsi

Deyilənə görə Makedoniyalı İsgəndər bütün dünyanı fəth etdiyi gün öz otağına çəkilərək, göz yaşlarına qərq olub. Hökmdarın bu halı, onun qoşun sərkərdələrini təşvişə salıb. Onlar böyük sərkərdənin niyə bu vəziyyətdə olduğunu başa düşə bilmirdilər. Həyatın müxtəlif zamanlarında, İsgəndərin yanında keçirən sərkərdələr, baş verənlərdən xəbərsiz idilər. Onlar hətta ölüm təhlükəsi ilə üzləşdiyi an belə imperatorun simasında qəm-qüssə hisslərini heç bir zaman müşahidə etməyiblər. Makedoniyalı İsgəndər hər kəs üçün mübarizliyin bariz nümunəsi olaraq qəbul edilirdi. Lakin indi, bütün dünyanı zəbt etdiyi bir anda, onun vəziyyəti çox müəmmalı görünürdü.

Sərkərdələr imperatorun otağının qapısını döyərək, içəri daxil olub, soruşdular:

  • Ağlamağınızın səbəbi nədir? 

O cavab verdi:

Ən sərfəli kredit üçün müraciət et

  • Hal-hazırda qələbə qazandığım an, məğlub olduğumu anladım. Mən idi, dünyanı zəbt etmək istədiyim həmin o zamandayam yenə. Bunu indi yalnız dərk etmişəm. Çünki daha əvvəl mən məqsədimə doğru hərəkət edirdim. İndi isə hədəfim yoxdur, artıq zəbt ediləcək yer qalmayıb. Daxilimdə qorxunc bir boşluq hiss edirəm.

İsgəndər  otuz üç yaşında, bizim eramızdan əvvəl (b.e.ə.) 10 iyun 323 ildə dünyasını dəyişir.

Dahi sərkərdə Makedoniyalı İsgəndəri son mənzilə yola salarkən, xərəkdən onun əlləri yanlara doğru sallanırdı. Bu onun son istəyi idi: Dahi şəxsiyyət, bu hərəkəti ilə onun belə dünyadan boş əllə köçdüyünü nümayiş etdirmək istəmişdir. 

Ən sərfəli krediti almaq üçün müraciət et