Macarıstan və Oman arasında neft və qaz danışıqları başlayıb | Banco.az

Macarıstan və Oman arasında neft və qaz danışıqları başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Enerji sahəsində Rusiyadan asılılığını azaltmağa çalışan Macarıstan neft və təbii qaz idxalı üçün Omanla danışıqlara başlayıb.

Banco.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici işlər naziri Peter Szijjarto Budapeştdə Oman Xarici işlər naziri ilə görüşündən sonra verdiyi açıqlamada bildirib.

Çərşənbə günü isə Macarıstan və Qətər enerji şirkətlərinin LNG idxalı üçün danışıqlara başlayacağını açıqlayan Szijjarto ölkəsinin Qətərdən LNG idxal etməsi üçün Avropa Birliyinin Cənub LNG terminallarının tutumunu artırmalı olduğunu vurğulayıb.

Razılaşmaya əsasən, Macarıstanın MVM və Qətərin QatarEnergy şirkətləri 3 ay ərzində Qətərdən Macarıstana LNG ixracı üçün danışıqlara başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, enerji qiymətlərindəki artımın Macarıstanın bu ilki büdcə kəsirinə böyük təsir göstərdiyi bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et