Maaşların qaldırılması üçün hökumətdə iş aparılır | Banco.az

Maaşların qaldırılması üçün hökumətdə iş aparılır

Azərbaycanda minimum əməkhaqqının, minimum pensiyanın daha da qaldırılması üçün hökumətdə iş aparılır.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qaraçuxur qəsəbəsinin sakinləri ilə görüşündə bildirib. 

İlham Əliyev qeyd edib ki, müvafiq göstəriş verilib və  minimum əməkhaqqı, minimum pensiya qaldırılacaqdır.

"Minimum əməkhaqqının, minimum pensiyanın təxminən 40 faiz qaldırılması da önəmli addımdır. Ancaq onu da deməliyəm ki, bu artım böyük olsa da, bizi qane edə bilməz. Çünki bizdə maaşlar və pensiyalar bundan sonra da qaldırılacaq. Müvafiq göstəriş verildi. İndi hökumətdə iş aparılır, müvafiq nazirliklərə göstəriş verilib. İndi bizim maliyyə imkanlarımız artıb. Çünki ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar bizə əlavə gəlirlər gətirib. Artıq bu ilin əvvəlindən büdcəyə kifayət qədər böyük məbləğ daxil oldu və yığılan əlavə büdcə gəlirləri mənim göstərişimlə, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə istiqamətləndirilməlidir, o cümlədən maaşların, pensiyaların qaldırılmasına. Baxmayaraq ki, biz mart ayında bu qərarı qəbul etdik və aprelin əvvəlindən sosial müavinətlərin artımı qüvvəyə mindi, burada da sosial müavinətlər orta hesabla iki dəfə artırılıb və 600 minə yaxın insan bu proqramla əhatə olunub. Bu istiqamətdə işlər davam etdiriləcək. Minimum əməkhaqqı, minimum pensiya Azərbaycanda bundan sonra da qaldırılacaq ki, vətəndaşlar daha da yaxşı yaşasınlar",- İlham Əliyev deyib.

Ən sərfəli kredit üçün müraciət et

Marja