Maaşlarımızın artırılmasını necə istəyə bilərik? | Banco.az

Maaşlarımızın artırılmasını necə istəyə bilərik?

Çalışdığınız işdə uğurlu olduğunuzu düşünürsünüzsə, müdirinizdən maaşınızın artırılmasını istəməkdən çəkinməyin. Bir çox insan layiq olduğunu bildiyi halda, “Şirkət iqtisadi böhran keçirir.” və ya “Maaşımın artırılmasını istəyəcək münasib bir vaxt tapa bilmərəm.” kimi bəhanələrə sığınırlar. Bunları oxuduğunuz zaman “Mən də onlardan biriyəm.” deyə düşünürsünüzsə, onda öz bildiyiniz kimi davam etməyib layiq olduğunuz əmək haqqını almaq üçün aşağıdakı planı tətbiq etməyinizin vaxtı çatmışdır.

1 – ci Addım: Topladığınız məlumatları bir araya gətirin

1. Buna nail ola biləcəyinizdən əmin olun. Özünüzə inamızın olmadığı təqdirdə maaşınızın artırılmasını istəməyiniz sizin üçün çətin olacaqdır.

Əgər “ulduz işçi” hesab edilirsinizsə, şirkətiniz sizi məmnun etmək üçün maaşınızı artırmaqdan imtina etməyəcəkdir. Bir çox şirkət işçilərini bu tələblərindən vaz keçirmək üçün klassik bir taktikadan istifadə edərək illik büdcəni keçdiklərini söyləyirlər. Bu səbəbdən də almalı olduğunuz əmək haqqının məbləğini obyektiv olaraq müəyyənləşdirməyiniz və istəyinizdə qətiyyətli olmağınız lazımdır.

2. Reallığa uyğun gözləntilər müəyyənləşdirin. Şirkətiniz hazırki vəziyyətdə büdcəsini keçmişsə və ya başqa maliyyə problemləri içərisindədirsə, bir müddət gözləməyiniz daha münasibdir. Çünki maliyyə problemləri yaşayan bir çox şirkət belə bir vaxtda nəinki maaşları artırmaqdan imtina edə, hətta bəzi işçilərin işinə son verə bilərlər.

3. Şirkətinizin strategiyalarından xəbərdar olun. Mütləq öyrənməli olduğunuz bəzi məlumatlar:

  • Şirkətiniz maaşınızı müəyyənləşdirmək üçün illik iş performansınızın incələnməsini tələb edirmi?
  • Maaşlar iş saatına müvafiq olaraq, yoxsa işçilərin vəzifə bölgüsünə görə müəyyənləşdirilir?
  • Maaşların artırılması ilə bağlı qərarı kim qəbul edir (ya da bu istəyinizi kimə ünvanlamalısınız)?

4. Oxşar vəzifələrdə işləyənlər arasında bazar araşdırması həyata keçirin. Bu araşdırma əslində işə başlarkən maaşınızı müəyyənləşdirməzdən əvvəl edilməli olduğu kimi, işdəki rol və məsuliyyətlərinizin vaxt keçdikcə dəyişmə ehtimalı olduğu üçün maaşınızın artırılmasını istədiyiniz zaman da həyata keçirilə bilər. Çalışdığınız sektorda sizinlə eyni işdə və oxşar vəzifədə işləyən insanların aldıqları maaşları araşdırın. Yaşadığınız ərazidəki oxşar iş sahiblərinin aldıqları orta maaşı hesablayın. Müdirinizlə danışdığınız zaman sizi daha məlumatlı göstərəcək və faydalı olacaq bazar araşdırmalarının nəticələrini əldə edin.

6. İcra etdiyiniz işdəki son yeniliklərdən xəbərdar olun. Ən azından biznes jurnallarına abunə yazılın və müntəzəm olaraq oxuyun. Beləliklə də iş yoldaşlarınızla işinizin gələcəyi ilə bağlı müzakirələr edə bilər və gündəmi izləyə bilərsiniz.

2 – ci Addım: Topladığınız məlumatları bir qovluqda cəmləşdirin

1. Uğurlarınızın qeyd edildiyi bir siyahı hazırlayın. Müştəri məmnuniyyəti, keyfiyyətin artması və xüsusilə də gəlir səviyyəsindəki artışı göstərən dəqiq sənədlərin istifadə edilməsi məsləhətdir. Hazırladığınız bu siyahı sizin şirkət üçün gördüyünüz işləri və dəyərinizi sübut edəcək və maaşınızın artırılması üçün müraciət etmə haqqınızı təsdiq edəcək, həmçinin də istəklərinizə obyektiv bir mənbə rolunu oynayacaq.

Ən sərfəli kredit üçün müraciət et

3. Gələcəkdə şirkət üçün görəcəyiniz işləri qeyd edin. Beləliklə də müdiriniz sizin perspektivləri düzgün qiymətləndirdiyinizdən və yeniliklərə uyğunlaşma yolunda şirkətə fayda verəcəyinizdən əmin olacaqdır. Şirkətinizin irəlilədiyi yol haqqında məlumatlı olmaq sizi digərlərindən bir addım öndə tutacaqdır.

Gələcəkdə şirkətə qazanc gətirəcək uzun müddətli məqsəd və hədəfləri açıq-aydın şəkildə vurğuladığınızdan əmin olun.

4. Soruşmaqdan çəkinməyin. Maaşınızın artırılmasını istəmək sizə çətin gəlsə də, buna heç cəhd etməmək də müntəzəm olaraq zehninizi məşğul edəcəkdir.

5. Doğru vaxtı seçin. Hər hansı bir təklifin öz məqsədinə çatması əsasən doğru zamanın seçilməsi ilə bağlıdır. Nə qədər uzun müddət eyni müəssisədə işləməyinizdən asılı olmayaraq əgər müdirinizə özünüzü sübut edəcək böyük bir nailiyyətiniz yoxdursa, əmək haqqınızın artırılmasını istəməyinizin heç bir mənası olmayacaqdır.

  • Maaşınızın artırılmasını istəyə biləcəyiniz ən doğru vaxt şirkətə ən çox fayda verdiyiniz zamandır.
  • Şirkətiniz yüksək məbləğdə zərərə uğradığını bildirdiyi vaxtlarda maaşınızın artırılmasını istəməkdən qaçının.

3 – cü Addım: Maaşınızın artırılmasını istəmək

Image result for to want salary increase

1. Müdiriniz ilə danışmaq üçün görüş təyin edin. Görüşməni çox əvvəldən təşkil etmək məcburiyyətində olmasanız da, müdirinizin planlarına və işlərinə mane olmayacağınız və narahat etməyəcəyiniz bir vaxt seçin. Məsələn, səhər işə gəldiyi zaman “İş saatının yekunlaşmasına yaxın sizinlə danışmaq istəyirəm” şəklində xəbər verə bilərsiniz.

Yadda saxlayın ki, üzbəzüz tələbin rədd edilmə ehtimalı e – poçt vasitəsilə edilən tələbinkindən daha aşağıdır.

2. Fikirlərinizi yaxşı ifadə edin. Özünüzə inanın, təkəbbürlü görünməyin və pozitiv olun. Nəzakətlə danışın və özünüzə nəzarəti itirməyin. Əgər görüşmə zamanı əyləşirsinizsə, arxaya söykənin. Bu, sizin özünüzə inamızı göstərəcəkdir.

3. Maaşınızın artırılmasını istədiyiniz vaxtı qeyd edin və daha sonra müdirinizin cavabını gözləyin. “Mən maaşımın artırılmasını istəyirəm” deyib təklifinizi bu formada saxlamayın. Müdirinizə, məsələn 10% artım kimi almaq istədiyiniz maaşı dəqiq göstərin. Eyni zamanda maaşınızın illik olaraq nə qədər artırılmasını istədiyinizi də bildirə bilərsiniz. Hansı üsulu seçirsinizsə seçin, mümkün olduğu qədər dəqiq olun. Beləliklə də müdiriniz sizin bu mövzu ilə bağlı uzun müddətdir ki düşündüyünüzü, bunun ani bir tələb olmadığnı başa düşəcək.

Unutmayın ki, bir işverən üçün mövcud işçisini razı salmaq, yeni işçini işə götürmək üçün iş müsahibələri keçirməkdən daha asandır.

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et