Maaşını bankomatdan dərhal çıxaran vətəndaşlar, dayanın! | Banco.az

Maaşını bankomatdan dərhal çıxaran vətəndaşlar, dayanın!

Müəllif: Orxan Rzayev

WeAreSocial təşkilatının 2016-cı ilin yanvarı üçün açıqladığı statistikalarla tanış olduqda heyrətlənməyə bilmirsən. Deyir, Cənubi Koreyada və Birləşmiş Ərəb Əmirliyində əhalinin 40%-dən çoxu mobil telefonla alış-veriş edir (mCommerce). 40%!

Slide056

Ümumiyyətlə online ticarətin payına baxdıqda isə lap həngamə rəqəmlər ortaya çıxır: Böyük Britaniyada əhalinin 77%, Almaniyada 74%, C. Koreyada 72%-i online alış-veriş edir.

digital-in-2016-29-1024

Ən sərfəli kredit üçün müraciət et

Təssüflər olsun ki, Azərbaycanın yaxın 5-10 ildə bu rəqəmlərə yaxınlaşacağı real görünmür. Əminliklə demək olar ki, Azərbaycanda online ticarətin, önline ödənişlərin inkişafına mane olan əsas səbəb maaşını və pensiyasını karta pul yatan gün dərhal bankomatdan çıxaran vətəndaşlardır! Qeyri-rəsmi hesablamalara görə ölkədə 6 milyon plastik kart istifadədədir. Di gəl ki, onların 90%-95%-i dediyim kimi, karta pul gələn kimi onu əlinə almağı sevir. Halbuki pulun bir qismi kartda qalsa vətəndaş həmin kart vasitəsilə evində rahat oturub kompüterdən və ya smartfonundan kommunal ödənişləri ödəyə bilər, telefonunun balansını artıra bilər, internetdən alış-veriş edə bilər, supermarketdə kartla ödəyə bilər və s. Amma təəssüf ki, bu barədə ölkə əhalisinin az məlumatlı olması səbəbindən insanlar pulu dərhal kağız şəklində cibinə qoymağı sevir. Bu vərdiş dəyişmədiyi müddətdə ölkəmizdə nə online ticarət, online ödənişlər tələb edən digər bizneslər inkişaf edə bilməyəcək.

Ötәn il almanların 0.6 milyard dollara aldığı Yemeksepeti.com‘un qurucusu Nevzat Aydın “Startup Turkey” tәdbirindәki çıxışında qeyd etmişdi ki, gündə 75 min yemək sifarişi çatdırırıq. Gündə 75 000! Bizdə online yemək sifarişi saylarından ən populyarı olanNuush.az yəqin ki, gündə barmaqla sayılası sifariş alır. Buna səbəb nədir? Maaş və pensiya alan o insanlar! Maarifləndirmə lazımdır! Həyatımızı rahatlaşdıran online ödəmələr barədə insanlar məlumatlanmalı və istifadə etməyə başlamalıdır. Hazırda online ödәniş sәviyyәsi çox aşağıdır vә belә olduqda dünyanın tәtbiq etdiyi, müasir dövrün tәlәbi olan bir çox texnoloji yeniliklәrdәn istofadә etmәk, online ödәniş tәlәb olunan heç bir sahәdә uğur qazanmaq mümkün deyil.

Ən sərfəli krediti almaq üçün müraciət et