Müəyyən bir gəlir mənbəyiniz varsa və öz büdcənizi düzgün idarə edə bilmirsinizsə, onda sizin üçün etdiyimiz araşdırmanı tətbiq etməyə başlayın. Pulu doğru xərcləmək və eyni zamanda qənaət etmək istəyirsinizsə, onda 50/30/20 strategiyasını sınaqdan keçirin. Göstərilən qaydaya əməl etsəniz, həm ehtiyaclarınızı ödəyə bilər, həm də qısa zamanda pul yığa bilərsiniz.
Məsələn, əgər ortalama 400 manat maaş alırsınızsa, onda onun 50%-ni öz xərcləriniz üçün ayırın. Bu xərclərə gündəlik yol pulu, yemək və ya hər hansı xərci aid edə bilərsiniz. Qazancınızın 30%-ni istəkləriniz üçün ayırın. Yəni kinoya getmək istəyirsinizsə və ya hər hansı istəyiniz üçün məhz bu 30% pulu istifadə edin. Yəni limiti keçdiyiniz təqdirdə istəyinizi təxirə salmağa çalışın. Əks halda gələcək arzularınızı yerinə yetirmək üçün pulunuz olmayacağını özünüzə xatırladın. Digər 20% isə qənaət etdiyiniz pul olaraq saxlayın.
Belə etdiyiniz halda qısa zamanda büdcənizə qənaət etməyi öyrənəcək və hətta böyük olmasa belə kiçik investisiyalarla öz işinizi qura biləcəksiniz. Bunun üçün ən yaxşı nümunələrdən biri də online ticarətdir. Unutmayın ki, büdcənizi idarə etmədikcə, öz hesabınıza biznes qurmaq çətin olacaq.
Nəcibə Yusifova, Banco.az